“Qəbələ”də 3 legioner
21.01.2011 - 00:09
“Qəbələ”də 3 legioner
Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” klubunun düşərgəsinə 3 legioner qatılıb. Bu barədə apasport.az saytının Antalyaya ezam əməkdaşına açıqlamasında komandanın baş məşqçisi Toni Adams məlumat verib.

İngilis mütəxəssis bildirib ki, həmin legionerlər hollandiyalı İvan Redan, Con Kollinz və Əl Banquradır.

Adams ad çəkməsə də, komandaya bir neçə afrikalı futbolçunun gələcəyini də söyləyib.