AZAL yenilərlə ilk oyuna çıxır
21.01.2011 - 00:29
AZAL yenilərlə ilk oyuna çıxır
Antalyada hazırlığa başlayan AZAL klubunun düşərgəsinə yeni legionerlər qoşulub. Apasport.az saytının xəbərinə görə, bir neçə gün komanda ilə birgə məşqlərə qatılacaq futbolçular, bu müddətdə baxışdan keçəcək.

Dünən belaruslu Vitali Panasyuk, xorvatiyalı Palomb Yusifi və kosovalı Bardil Kaqyu ilk məşqlərə çıxıblar. Məşqçi heyəti onları sınaqdan keçirdikdən sonra qərarını verəcək.

Bu gün isə “təyyarəçilər” ilk yoxlama matçında qüvvəsini sınayacaqlar. Komandanın rəqibi Ukraynanın “Zarya” (Luqansk) klubudur.