AFFA “Qarabağ”ı Türkiyəyə göndərəcək
21.01.2011 - 10:28
Azərbaycanın daha bir komandası Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Apasport.az saytının məlumatına görə, AFFA keçirdiyi “Kapital Bank U-15 Liqa”nın ötən mövsümünün qalibi olan “Qarabağ” komandasını Antalyaya hazırlığa göndərəcək. Bu, yanvarın 27-dən fevralın 4-dək olacaq. “Qarabağ”ın əsas komandası Antalyada yanvarın 9-dan hazırlığa başlayıb və fevralın 5-də vətənə dönəcək.
Qeyd edək ki, “Azercell U-17 Liqa”nın ötən mövsüm qalibin olan “Qəbələ” komandası AFFA-nın sayəsində Antalyada təlim-məşq toplanışındadır.
Mənbə: affa.az
Qeyd edək ki, “Azercell U-17 Liqa”nın ötən mövsüm qalibin olan “Qəbələ” komandası AFFA-nın sayəsində Antalyada təlim-məşq toplanışındadır.
Mənbə: affa.az
0
0