Aleksandr Starkov 3 futbolçudan imtina etdi
21.01.2011 - 15:42
“Bakı” klubunun yeni baş məşqçisi Aleksandr Starkov heyətlə bağlı ilk islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, latviyalı mütəxəssis cənubi amerikalılar – Jaba, Leandro Roşa və Cefferson Anqulonun xidmətindən imtina etməyi qərara alıb. Braziliyalı ilk 2 futbolçu “Bakı”nın əsas heyət oyunçuları olduğu halda, cinah yarımmüdafiəçisi Ceffeson isə daha çox ehtiyatda qalırdı. Komandanın əsas hücumçusu olan Jaba 2009-cu ilin yayında makedoniyalı Qyoko Hacıyevskinin, oyun qurucusu Roşa ilə Anqulo Starkovun əvəzlədiyi almaniyalı Vinfred Şaferin vaxtında transfer olunmuşdu. Latviyalı onları yeni futbolçularla əvəzləyəcək.
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0