“Bakı” böyük hesablı qələbə ilə başladı
21.01.2011 - 16:04
“Bakı” böyük hesablı qələbə ilə başladı
Latviyalı Aleksandr Starkovun “Bakı” klubunun baş məşqçi postunda debütü uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, Türkiyədə Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən paytaxt təmsilçisi ilin ilk yoxlama matçında Qazaxıstanın “Akjayık” komandası ilə qarşılaşıb.

Oyun “zolaqlılar”ın böyük hesablı qələbəsi ilə nəticələnib – 3:0. Komandamızın heyətində qolları hollandiyalı Adnan Bərəkət (16; 40-cı dəqiqələr) və xorvatiyalı Aleksandar Şoliç (55) vurublar.

Qeyd edək ki, “Bakı”nın sabahkı rəqibi də Qazaxıstan təmsilçisi olacaq. Aleksandr Starkovun yetirmələri bu dəfə Karaqandanın “Şaxtyor” klubu ilə qüvvəsini sınayacaqlar.