Azərbaycanlı futbolçu “Beşiktaş”a keçmək variantına münasibət bildirdi
21.01.2011 - 16:38
Ukrayna yığmasının futbolçusu Aleksandr Əliyev Türkiyənin “Beşiktaş” klubuna keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Moskva “Lokomotiv”ində oynayan əslən azərbaycanlı futbolçu “Qara Qartallar”dan təklif almadığını bildirib: “Mənimlə maraqlanan yeganə klub sabiq komandam Kiyev “Dinamo”sudur. “Beşiktaş” haqda yazılanlar şayiədir”.
“Lokomotiv”in prezidenti Olqa Smorodskaya “Beşiktaş”la heç bir danışıqlar aparmadıqlarını bildirib: “Ona görə də Əliyev həmin komandaya getmir. Hər halda, hələ ki. Türkiyə klubundan rəsmi təklif aldığımıza gəlincə, icazə verin, buna şərh verməyim”.

0
0