Anatoli Davıdov: “İnter”ə belə böyük hesabla uduzmaq istəməzdik
22.01.2011 - 10:47
Anatoli Davıdov: “İnter”ə belə böyük hesabla uduzmaq istəməzdik
Rusiyanın “Zenit” klubunun əvəzedici komandasının baş məşqçisi Anatoli Davıdov “İnter”in qələbəsini layiqli sayır. Apasport.az saytının məlumatına görə, “Birlik kuboku”nun yarımfinalında son çempionumuz tərəfindən darmadağın olunan (0:5) sankt-peterburqlular doğma şəhərdə böyük uğursuzluğa düçar oldular. Davıdov səviyyə fərqinin nəticəyə təsir göstərdiyini bildirib: “İnter” bizi futbolçularının daha yüksək ustalıq səviyyəsi hesabına yendi. Biz oyuna görə uduzduq. Əlbəttə, çətin oyun gözləyirdik. Ancaq daha belə hesabla uduzmaq istəməzdik”.

Qeyd edək ki, “İnter”in finalda rəqibi Belarusun “Şaxtyor” klubu olacaq.