Vladimir Juravel: “İnter”də parlayan usta futbolçular var
22.01.2011 - 11:02
Vladimir Juravel: “İnter”də parlayan usta futbolçular var
”Futbolçularıma meydanda göstərdikləri əzmkarlıq keyfiyyətlərinə minnətdarlıq edirəm. “Skonto” ilə oyunun ilk hissəsi alındı, qol imkanları vardı, əsl futbol göstərdik. Ancaq ikinci hissədə lazımsız qırmızı vərəqələr oldu, güc tükənirdi. Yaxşı ki, hesab belə yekunlaşdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Belarusun “Şaxtyor” klubunun baş məşqçisi Vladimir Juravel deyib.

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Birlik kuboku”nun yarımfinalında Latviyanın “Skonto” klubuna qalib gələn (2:1) Soliqorsk təmsilçisi həlledici oyunda Azərbaycan çempionu “İnter”ə rəqib oldu. Juravel sabah Bakı vaxtilə saat 16:00-da başlayacaq oyunu da qələbə ilə bitirib, kuboku qazanmağa iddialıdır: “Oyundan sonra istirahət günümüzü yalnız bərpa prosesinə sərf edəcəyik. Bunu finala hazır olmaq üçün edirik. Həmin oyunda güclü rəqiblə oynayacağıq. “İnter”də fərdi keyfiyyətləri ilə parlayan usta futbolçular var. Oyuna qədər şanslar bərabərdir, ancaq biz qələbə üçün vuruşacağıq!”.