“İnter” “Neftçi”nin başladığı yolu davam etdirdi
22.01.2011 - 11:20
Bakının “İnter” klubu “Birlik kuboku”nda “Neftçi” və “Xəzər Lənkəran”ın nailiyyətini təkrarladı. Apasport.az saytının məlumatına görə, “bankirlər” bu iki komanda kimi, hər ilin yanvarında Rusiyada ənənəvi keçirilən turnirin finalına çıxıb. Bununla da “İnter” buna nail olan 3-cü Azərbaycan təmsilçisi olub. Ümumilikdə isə ölkəmiz 4-cü dəfə həlledici oyuna vəsiqə qazanır.
“Neftçi”nin “Xəzər Lənkəran” və “İnter”dən üstünlüyü 2 dəfə finala çıxmasıdır. Bizim “Birlik kuboku”nda yolumuzu da məhz flaqman açıb. Bu, 2005-ci ildə Moskvada olub və finalda meydan sahibi olan “Lokomotiv”ə 1:2 hesabı ilə uduzmuşuq. Hər halda, həmin turnir bizim üçün çox uğurlu idi və buna bariz nümunə təkcə ilk dəfə finala çıxmaq yox, “Neftçi”nin Ermənistanın “Pünik” klubuna qalib gəlməsidir (2:0).
Növbəti il də “Neftçi” finalçı olsa da, bu dəfə qələbəni əldən vermədi. Yenə komandanın sükanı arxasında olan Ağasəlim Mircavadov Litvanın “Kaunas” klubuna 4:2 hesabı ilə qalib gəldi.
Mircavadov növbəti uğuru 2 ildən sonra başqa komandamızla qazandı. 1993-cü ildən keçirilən turnir ilk dəfə Sankt-Peterburq şəhərinə salındı. Mircavadovun çalışdırdığı “Xəzər Lənkəran” debüt etdiyi yarışda finala kimi irəliləyərək, orada Özbəkistanın “Paxtakor” klubuna qalib gəldi – 4:3.
Göründüyü kimi, turnirin 2-ci dəfə Sankt-Peterburq şəhərinə keçirilməsi bizim üçün yenə düşərli oldu. Bu dəfə gürcü Kaxaber Sxadadzenin çalışdırdığı komanda finalçı olmaq hüququ qazanır. Hər halda, “İnter”in də “Neftçi” və “Xəzər Lənkəran”dan üstün cəhəti var. Bu da turnirdə bütün oyunlarda qalib gəlməsi, qapısından top buraxmamağıdır. “İnter” bu baxımdan hazırkı turnirin bütün iştirakçılarını üstələyir.
Qeyd edək ki, “İnter” “Birlik kuboku”nda debüt etdiyi 2009-cu ildə yarımfinalda Qazaxıstanın “Aktobe” klubuna yenilmişdi.
Mehman SÜLEYMANOV

0
0