Rövnəq Abdullayev Yozef Blatteri Bakıya dəvət etdi
22.01.2011 - 14:15
Bu gün FİFA prezidenti Yozef Blatterlə AFFA prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. Apasport.az saytının məlumatına görə, “Birlik kuboku”nun keçirildiyi Rusiyanın Sankt-Peterburq şəhərində baş tutan görüşdə ölkəmizdə futbolun inkişafı istiqamətində son 12 ayda həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, FİFA ilə AFFA arasında əməkdaşlıq haqda geniş fikir mübadiləsi aparılıb. Blatter Azərbaycanda futbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiyini bildirib. Sonda FİFA-nın prezidenti Azərbaycan futbolunun 100 illik yubileyi ilə bağlı bu ilin iyun ayında keçiriləcək təntənəli tədbirə dəvət olunub.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0