Azərbaycanla Belarusun 2-ci görüşü
22.01.2011 - 14:47
Azərbaycan və Belarus klubları “Birlik kuboku” turnirinin tarixində 2-ci dəfə görüşəcək. Apasport.az saytının hesablamalarına görə, iki ölkənin təmsilçilərinin ilk qarşılaşması da hazırda yarışın keçirildiyi Rusiyanın Sankt-Peterburq şəhərindəki Peterburski İdman Konsert Kompleksində olub. 2008-ci ilin yanvarın 25-də həmin oyunda “Xəzər Lənkəran”la BATE üzləşib. 2000 azarkeşin izlədiyi görüşdə əsas hadisələr son 19 dəqiqədə cərəyan edib. Belə ki, hazırda da “Xəzər Lənkəran”da oynayan Rahid Əmirquliyev 71-ci dəqiqədə hesabı açıb. Ancaq BATE-nin hücumçusu Vitali Rodionova tarazlığı bərpa etmək üçün cəmi 1 dəqiqə bəs edib. Millimizin də üzvü olan Rahid 88-ci dəqiqədə qələbə topunu vuraraq, “Xəzər Lənkəran”a finala çıxarıb. Lənkəranlılar həlledici oyunda Özbəkistanın “Paxtakor” klubuna qalib gələrək (4:3), ilk dəfə “Birlik kuboku”nun qalibi olublar.
Ölkəmiz 4-cü dəfə “Birlik kuboku”nun finalında təmsil olunursa, Belarus bu göstəricidə bizdən geri qalır. Onlar 1993-cü ildən keçirilən turnirin debütündə “Belarus”la finala çıxsa da, orada fiaskoya uğrayıb. Moskva “Spartak”ı rəqibini 8:0 hesabı ilə darmadağın edərək, turnirin ilk qalibi kimi tarixə düşür.
Qeyd edək ki, ölkəmizi “Birlik kuboku”nda təmsil edən “İnter” Belarusun gümüş medalçısı olan Soliqorskin “Şaxtyor” klubu ilə sabah saat 16:00-da görüşəcək.
Mehman SÜLEYMANOV

0
0