Starkov Borbikonini məşqlərdən kənarlaşdırdı
22.01.2011 - 15:00
Starkov Borbikonini məşqlərdən kənarlaşdırdı
“Bakı” klubunun fransalı futbolçusu Stefan Borbikoni tibbi müayinədən keçəcək. Apasport.az saytının məlumatına görə, komandanın Antalyada Qazaxıstanın “Akjayık” klubu ilə keçirdiyi ilk yoxlama oyunundan (2:2) əvvəl ayağındakı ağrılardan şikayətçi olan Borbikoninin pəncə nahiyəsində problem yarandığı aşkarlanıb. Həkimləri futbolçunun tam müayinə olunması üçün məşqlərdən azad olunmasının zəruriliyini yeni baş məşqçi zərurətini Aleksandr Starkovun diqqətini çatdırıb. Bunu dəstəkləyən latviyalı çalışdırıcı Stefanı aktiv məşqlərdən kənarlaşdırıb.

Futbolçunun yaxın 2 gündə müayinədən keçəcəyi gözlənilir. Yalnız bundan sonra Borbikoninin zədəsinin nə dərəcədə ciddi olması bilinəcək.

Qeyd edək ki, “Bakı”nın cari mövsümdə ən məhsuldar futbolçularından olan fransalı mərkəz müdafiəçisi ötən yay transfer edilib.

Mənbə: fcbaku.com