“İnter” özünə düşərsiz, Azərbaycan futbolunda əlamətdar gündə oynayacaq
22.01.2011 - 15:54
Bakının “İnter” klubu “Birlik kuboku” turnirinin finalında Azərbaycan futbolu üçün əlamətdar gündə oynayacaq. Apasport.az saytının hesablamalarına görə, son çempionumuzun Belarusun “Şaxtyor” klubu ilə sabahkı həlledici görüşünün təsadüf etdiyi yanvarın 23-ü futbol tariximizə “Birlik kuboku”nda ilk dəfə finala çıxdığımız gün kimi düşüb. 2005-ci ildəki həmin turnirdə “Neftçi” Ermənistanın “Pünik” klubunu da mübarizədən kənarlaşdıraraq, həlledici oyunda Moskva “Lokomotiv”i ilə görüşdü. Ancaq Ağasəlim Mircavadovun çalışdırdığı komandamız Zaur Tağızadənin qolu ilə hesabı açdığı oyunda üstünlüyünü əldən verərək, sonda uduzdu – 1:2.
Ümumiyyətlə, “Birlik kuboku”nda yanvarın 23-ü bizim üçün düşərli gün saymaq olar. Hər halda, həmin tarixə təsadüf edən oyunlarda balans xeyrimizdədir - 7 oyunun 4-də qalib gəlib, 3-də yenilmişik. “Birlik kuboku”nda ən böyük hesablı qələbəmiz, “Şəmkir”in Qırğızıstanın “Jaştık-Ak-Altın” klubuna 6:0 yendiyi görüş də yanvarın 23-də olub.
Ancaq “İnter” üçün bu tarix düşərli olmayıb. Çünki komanda “Birlik kuboku”nda debütündə məhz yanvarın 23-də yarımfinalda Qazaxıstanın “Aktobe” klubuna uduzaraq (1:2), mübarizəni dayandırıb. Maraqlıdır ki, bu, “İnter” indiyə kimi 10 oyun keçirdiyi “Birlik kuboku”nda yeganə məğlubiyyətidir.
Azərbaycan klublarının “Birlik kuboku”nda yanvarın 23-də keçirdikləri görüşlər
1999-cu il
Qrup mərhələsi
“Kəpəz” – “Kopetdağ” (Türkmənistan) – 2:0
2000-ci il
Qrup mərhələsi
“Kəpəz” – “Jalgiris” (Litva) – 0:2
2001-ci il
Qrup mərhələsi
“Şəmkir” – “Jaştık-Ak-Altın” (Qırğızıstan) – 6:0
2005-ci il
Final
“Neftçi” – “Lokomotiv” (Rusiya) – 1:2
2007-ci il
Qrup mərhələsi
“Bakı” – “Levadiya” (Estoniya) – 1:0
2008-ci il
¼ final
“Xəzər Lənkəran” – “Şerif” (Moldova) – 2:2 (penaltilərlə - 5:3)
2009-cu il
Yarımfinal
“İnter” – “Aktobe” (Qazaxıstan) – 0:1
Mehman SÜLEYMANOV

0
0