Bojan Pavloviç: “Qarabağ”la uğur qazanmağa gəlmişəm
25.01.2011 - 10:37
“Qarabağ”a gəlişimdən məmnunam. Bu klub futbol oynamağı sevən komandadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdam “Qarabağ”ının yeni transferi Bojan Pavloviç deyib.
“Srvena Zvezda”dan transfer olunan serbiyalı qapıçı klubun rəsmi saytına keçidi ilə bağlı açıqlama verib: “Qarabağ”la uğur qazanıb Avrokuboklarda oynamaq istəyirəm. Liderlə aramızda 8 xal fərq var. Bu, elə də ciddi fərq deyil. Bilirəm ki, “Qarabağ”ın əsas qapıçısı Fərhad Vəliyev millinin də qapıçısıdır. Sahil Kərimov da təcrübəli qapıçıdır. Ona görə də qapıda kimin durmasından asılı olmayaraq, komandanın arxa xəttdə problem yaşayacağını düşünmürəm. “Qarabağ”la uğur qazanmağa gəlmişəm”.
Qeyd edək ki, Pavloviçlə 1,5 illik müqavilə imzalanıb.

0
0