Son 24 ildə dünyanın ən yaxşı qapıçısının adı açıqlandı
25.01.2011 - 11:14
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı qapıçılarının növbəti siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, son 24 ilə (1987-2011) əsasən tərtib edilən 140 nəfərlik siyahıya yenə Canluicci Buffon başçılıq edir. “Yuventus”un və İtaliya yığmasının qapıçısı 209 xalla 1-ci yerdədir. Onun ən yaxın izləyiciləri İspaniya yığmasının heyətində Avropa və dünya çempionu olan İker Kasilyas (“Real”, 193) və Hollandiya millisinin 41 yaşlı sabiq qapıçısı Edvin van der Sardır (“Mançester Yunayted”, 190).
Siyahıda Türkiyənin yeganə təmsilçisi uzun illər yığmada oynamış Rüştü Rəcbərdir. “Beşiktaş” klubunun 38 yaşlı qapıçısı 27 xalla 46-dır.
Siyahıda Türkiyənin yeganə təmsilçisi uzun illər yığmada oynamış Rüştü Rəcbərdir. “Beşiktaş” klubunun 38 yaşlı qapıçısı 27 xalla 46-dır.
0
0