Məmmədov “Atırau”dan daha bir legioneri göndərdi
25.01.2011 - 13:20
Qazaxıstanın “Atırau” klubunun baş məşqçisi Ramiz Məmmədov daha bir futbolçudan imtina edib. Apasport.az saytının məlumatına görə, yeni ilk günlərində komandanın sükanı arxasına keçən çalışdırıcımız qanalı hücumçu Mozes Sakini Türkiyədəki 2-ci təlim-məşq toplanışına aparmayacaq. Məmmədov baxışa gələn 2 braziliyalını afrikalıdan güclü sayır.
Onun sərəncamında baxışda olan çoxlu Braziliya və Afrikadan olan legionerlərlə yanaşı, Qazaxıstandan böyük qrup futbolçu var. Onlar arasında Andrey Travinlə Konstantin Aleynikov yer alı. Ancaq hələ ki heç kimlə müqavilə imzalanmayıb. Məmmədovun hansısa futbolçularımızı yanına gətirməsi də hələ ki reallaşmayıb.
Qeyd edək ki, Antalyada 2-ci təlim-məşq toplanışına bu gün başlayan “Atırau” fevralın 8-dək orada hazırlaşacaq. Bundan sonra futbolçulara 4 günlük istirahət veriləcək və klub 3-cü toplanışına yollanacaq.

0
0