“Santos”un yetirməsi “Xəzər Lənkəran”da oynamaq istəmədi
25.01.2011 - 11:56
“Xəzər Lənkəran” klubu Aluisio Çaves Ribeyro Moraeş Juniorun transferini həll edə bilməyib. Apasport.az saytının məlumatına görə, Mirça Rednikin komandasında görmək istədiyi 24 yaşlı hücumçu Lənkəran təmsilçisinə keçmək istəməyib.
Braziliyalı futbolçu bunu təklif aldığı Rusiya Premyer Liqasında oynamaq arzusunun böyüklüyü ilə izah edib. Belə ki, Junior Moraeş karyerasını şimal qonşumuzun klublarından birində davam etdirmək istəyir.
Qeyd edək ki, Braziliyanın məşhur “Santos” klubunun yetirməsi olan Junior sonradan vətənində “Ponte Preta” və “Santo Andre”nin şərəfini qoruyub. Hücumçu ötən ili Rumıniyanın “Qloriya” klubunda keçirib.

- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
- "Nyukasl" yeni baş məşqçisini gətirir – 11 milyon avro təzminat
0
0