Paulius Qribauskas: Təbii ki, bu vəziyyət mənə çox pis təsir göstərir
25.01.2011 - 12:15
“Bir müddət öncə diz nahiyəmdən cərrahiyyə əməliyyatı keçirmişəm. Həmin vaxt həkimlər 6 aya sağalacağım barədə rəy vermişdilər. Antalyadakı təlim-məşq toplanışına qatılmaq istəsəm də, həkimlərin rəyinə əsasən, təxminən mart-aprel aylarında məşqlərə başlaya bilərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun qapıçısı Paulius Qribauskas deyib.
“Ağ-qaralar”ın litvalı çərçivə qoruyucusu Antalyada təşkil olunan ikinci təlim-məşq toplanışına da qatıla bilməyib. Bu, Qribauskasın zədəsini hələ tam sağalda bilməməsi ilə əlaqədardır. Flaqman rəhbərliyi tərəfindən futbolçunun tez sağalıb, sıraya qayıtması üçün istənilən şərait yaradılıb. Klub rəsmiləri, məşqçilər korpusu mütəmadi olaraq, qapıçının durumu ilə maraqlanırlar.
Hazırda öz vətənində müalicəsini davam etdirən 27 yaşlı futbolçu “Neftçi”nin rəsmi saytına açıqlamasında yaşıl meydançalara gec qayıdacağını söyləyib: “Təbii ki, bu vəziyyət mənə çox pis təsir göstərir. Çünki indi sevimli komandam “Neftçi”nin sıralarında olmaq, Premyer Liqanın qarşıdakı gərgin oyunlarında kömək etmək istərdim. Ümid edirəm ki, tezliklə sağalıb, flaqmanın heyətinə qayıdacağam. Klub rəsmiləri daima mənimlə əlaqə saxlayırlar, müalicəmi diqqət mərkəzində saxlayırlar. Bu diqqətə görə “Neftçi” rəhbərliyinə minnətdarlıq edirəm”.

0
0