“Neftçi” tam heyətlə məşq edə bilmədi
25.01.2011 - 14:58
Bakının "Neftçi" klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin bu gün 2 məşqi nəzərdə tutulub. Səhər məşqi həm fitnes zalında, həm də yaşıl meydançada keçirilib.
"Ağ-qaralar" baş məşqçi Arif Əsədov, məşqçilər Bəxtiyar Musayev, Elmir Xankişiyev, fiziki hazırlıq üzrə məşqçi Mehmet Ak, eləcə də qapıçılarla işləyən məşqçi Neboyşa Manoyloviçin rəhbərliyi altında müxtəlif təmrinləri yerinə yetiriblər. Soyuqdəyməsi olan kapitan Rail Məlikov və zədəli Emil Mpenza məşqə qatıla bilməyiblər.
Fitnes zalındakı çalışmalardan sonra futbolçular hazırlığı yaşıl meydançada davam etdiriblər. Onlar "Polor saat"ları ilə hərəsi 5 dəqiqə olmaqla, 5 dəfə qaçıblar. Axşam məşqi Bakı vaxtı ilə saat 19:00-da olacaq.
Qeyd edək ki, yanvarın 24-də başlanan təlim-məşq toplanışı fevralın 4-də yekunlaşacaq.
Mənbə: neftchifc.com

0
0