Sən tək deyilsən!
25.01.2011 - 15:01
15 ilə yaxındır idman mətbuatında olduğumdan, bu sahədə, əsasən də futbol ictimaiyyətində kimin kim, hansı yuvanın quşu olduğundan az-çox məlumatlıyam. Əksəriyyəti səviyyəsini sıfırdan yuxarı qaldıra bilmir və ən acınacaqlısı odur ki, bunu bilə-bilə bəziləri özlərini cəmiyyətə “bomba oğlan” kimi sırımaq iddiasındadır. Amma iddianın dozası o qədər çox olub ki, bomba bu qaqaşlardan birinin əlində partlayıb.
Görün, nə günə qalmışıq: Az qala bütün komandalarımızdan qovulan birisi bizə kurs “keçir”, jurnalistikanın qaydalarını “öyrədir”... Elə bilir işsiz qaldığı vaxtlar klub rəsmilərindən 200-300 dollar alıb, əvəzində telekanalların birində onları tərif etməsindən heç kimin xəbəri yoxdur...
Hardan bilsin ki, insanın ən murdar sifətlərindən biri başqasına ikiüzlülüklə rəğbət göstərməsidir (Latsis).
Hardan bilsin ki, pulu hər şeyə qadir hesab edən adamlar, özləri pul üçün hər şeyə qadirdirlər (Dante).
İndi keçək mətləbə. Fikrə bir bax: “Ən təəccüblü məqam odur ki, matçın gedişində bir nəfər qəflətən mənə yaxınlaşıb, şəklimi çəkib, dərhal uzaqlaşdı. Halbuki, onun bizə yaxınlaşıb, fikir öyrənəcəyini, normal davranacağını gözləyirdim. Onun hərəkəti elə casusluğun bir növüdür. Görünür, mənim “Xəzər Lənkəran”dan ayrılmağımı başqa cür qələmə verənlər hansısa məqsəd güdürlər” – bunu “Neftçi”nin məşqçisi Bəxtiyar Musayev deyir. O Musayev ki, “Xəzər Lənkəran”dan niyə qovulduğunu hamı bilir...
Qaqaş, sən və ətrafındakılardan fərqli, mən indiyədək işlədiyim kollektivdən qovulmamışam, özüm getmişəm.
Sən eşitməzsən, Qorki deyirdi ki, yalan - qulların və ağaların dinidir, həqiqət isə azad insanın Allahıdır.
Əvvəla, sənin fikrin şəxsən mənim üçün maraqlı deyil. Baş məşqçin var, üstəlik karyerana bələdik. Kimsə də şəklini çəkib qaçmayıb. Mən gördüyüm qədəri ilə şəklini çəkən həmkarım səndən 5 metr aralıda durub matçı sonadək, özü də səninlə birgə izlədi. O zaman “qaçmaq” ifadən hansı məntiqə sığır? İstəsən, cavabını da deyim: dediklərin ancaq ucuz reklama hesablanıb.
Sən “Xəzər Lənkəran”ın oyununu izləməyi peşəkar addım sayırsansa, şəklini çəkən həmkarım və ya bunu mediaya çıxaran bizlər də öz peşəkar işimizi görmüşük. Burada anlaşılır ki, sən jurnalistikaya və ya konkret jurnalistlərə başqa prizmadan yanaşırsan. O prizmadan ki, yanınızda quyruq bulayan, baş əyən qələm əhlinə o qədər öyrəşmişsiniz ki, işini görən jurnalistləri ucuz və məntiqsiz ifadələrlə ittiham edirsiniz.
Gedin, özünüzü reklam etməyin ayrı bir yolunu tapın və jurnalist peşəsinin incəliklərini arada vaxt tapıb oxuyun. Biz də öz işimizi gördük. Görünən odur ki, biz sizdən daha peşəkar davranmışıq.
Adamlar sözə bənzəyir, əgər onlar lazımi yerinə qoyulmasa, mənasızlaşırlar...
Sən tək deyilsən, Bəxtiyar! “Neftçi”də biri də var...
İxtiyar ƏSGƏROV

0
0