“Məni bu vəzifəyə “Bakı”nın baş məşqçisi tövsiyə etdi”
25.01.2011 - 15:23
“Prinsipcə, hər şey – Aleksandr Starkovun Azərbaycana gedişi, mənim onun əvəzinə “Skonto”nun baş məşqçisi təyin olunmağım gözlənilməz oldu. Fikrimcə, bu, tək mənə yox, bütün Latviyanın futbol ictimaiyyəti üçün belə idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Riqanın “Skonto” klubunun yeni baş məşqçisi Maryan Paxar deyib. Latviyanın tarixində ən yaxşı futbolçulardan, legionerlərdən olan keçmiş hücumçu “Bakı” klubunun baş məşqçi postuna gələn Starkovu əvəzlədi.
Paxarın sözlərinə görə, seçim prezident Quntis İndriksonsun olub: “Üstəlik, bilirəm ki, Starkov məni bu vəzifəyə tövsiyə etdi. O, bunu əvvəldən mənə böyük ölçüdə demişdi. Bir neçə həftə əvvəl, Starkovun gedişi aydınlaşanda mənimlə elə-belə söhbətləşdi. Bəli, müəyyən şübhələr vardı. Təcrübəm yoxdur, bir il köməkçi oldum. Ancaq istənilən halda, əsas şeylərə təsir edə bilmirdim. Ancaq ürəyimə, daxili səsimə qulaq asmağa çalışıram. Ümid edirəm ki, hər şey alınacaq”.
Qeyd edək ki, Paxarın yeni vəzifədə ilk sınağı Bakının “İnter” klubunun qalibi olduğu “Birlik kuboku”nda idi. “Skonto” turnirin yarımfinalında Belarusun “Şaxtyor” klubuna uduzaraq (1:2), mübarizəni dayandırdı.

0
0