“Neftçi” - “Arsenal” oyunun başlama saatı dəqiqləşdi
25.01.2011 - 16:52
Bakının “Neftçi” klubu Antalyada ikinci təlim-məşq toplanışı çərçivəsində sabah ilk yoxlama oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, “Mardan Antalyaspor” stadionunun II meydançasında Ukraynanın “Arsenal” komandası ilə keçiriləcək yoldaşlıq görüşünün başlama saatı müəyyənləşib. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, Antalyada ilk hazırlıq prosesi dövründə “Neftçi” Rusiyanın “SKA-Energiya” klubu ilə üz-üzə gəlmiş və oyun 1:1 hesabı ilə başa çatmışdı.
Mənbə: neftchifc.com
Qeyd edək ki, Antalyada ilk hazırlıq prosesi dövründə “Neftçi” Rusiyanın “SKA-Energiya” klubu ilə üz-üzə gəlmiş və oyun 1:1 hesabı ilə başa çatmışdı.
Mənbə: neftchifc.com
0
0