“Azərbaycan çempionatının inkişaf etdiyini bilirik”
26.01.2011 - 10:11
"Neftçi" adı brenddir. Bu komandanı təkcə MDB-də deyil, bütün Avropada yaxşı tanıyırlar. Komandanızın Antalyada təlim-məşq toplanışı keçəcəyini öyrənən kimi, menecerlərimiz dərhal fəaliyyətə başladılar və qarşı tərəfə yoxlama matçı oynamaq təklif etdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın "Arsenal" klubunun baş məşqçisi Yuri Bakalov "Neftçi"nin rəsmi saytına açıqlamasında deyib.
Bu gün flaqmanla yoldaşlıq oyunu keçirəcək kiyevlilərin çalışdırıcısı rəqib haqda fikirlərini açıqlayıb: “Minnətdaram ki, "Neftçi" rəhbərliyi təklifimizi müsbət cavabladı. "Azərbaycan futbolu Ukraynadakından fərqlənir. Sizdə texnikalı, ağıllı oyuna üstünlük verirlər. Belə ölkənin komandası ilə qarşılaşmaq çox maraqlıdır. Hazırkı "Neftçi" barədə xeyli məlumatımız var. Bilirik ki, Azərbaycanda ən çox çempion olan klubdur. İndi turnir cədvəlinin birinci pilləsində qərarlaşıb və növbəti çempionluğa əsas namizəddir. Bundan başqa, Azərbaycan çempionatının səviyyəsinin ildən-ilə inkişaf etdiyini bilirik. Sizdə futbola külli miqdarda sərmayə qoyulur, infrastruktur yaxşılaşıb".
45 yaşlı mütəxəssis vurğulayıb ki, “Neftçi” ilə oyunda nəticə önəm daşıyır: "Komandamızda iki təcrübəli futbolçu var. Bunlardan biri Maksim Şatskix Özbəkistan yığmasının heyətində Asiya Kubokuna qatılıb. Digər təcrübəli futbolçumuz, UEFA Kubokunun qalibi Rolan Qusev isə sabahkı görüşdə forma geyinəcək. Yetirmələrimi iş başında görüb, onların hansı durumda olduqlarını yoxlamaq istəyirəm. "Neftçi" ilə oynayacağımıza görə nəticə bizə vacibdir".
Qeyd edək ki, "Neftçi" - "Arsenal" qarşılaşması Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

0
0