“Bakı” 4 futbolçusunun xidmətindən məhrum oldu
26.01.2011 - 10:44
“Bakı” 4 futbolçusunun xidmətindən məhrum oldu
“Bakı” klubunun 4 futbolçusu Türkiyədəki hazırlıq prosesini tərk edir. Apasport.az saytının məlumatına görə, qapıçı Aqil Məmmədov, müdafiəçi Əziz Quliyev, yarımmüdafiəçi Fabio Luis Ramim və hücumçu Vaqif Cavadov milli komandamızdan dəvət aldıqları üçün “zolaqlılar”ın Antalyadakı təlim-məşq toplanışını yarımçıq tərk edirlər. Onlar yığmamızın yanvarın 27-dən fevralın 10-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışına qatılacaqlar. “Bakı”nın futbolçuları bu gün Dubaya yollandıqlarından, Ukraynanın “Metallurq” klubu ilə yoldaşlıq görüşündə iştirak edə bilməyəcəklər.