Emin Ağayev: Bunlar unudulmaz illər idi
26.01.2011 - 10:31
“Tverdə bir yerdə işlədiyim bütün insanlara minnətdarlıq etmək istərdim. Bu, xüsusilə azarkeşlərə aiddir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının keçmiş futbolçusu Emin Ağayev deyib. Son 3 ili Rusiya çempionatının 2-ci divizionunda Tverin “Volqa” klubunda keçirən 38 yaşlı müdafiəçi yenicə futbolçu karyerasını bitirib. Bu müddətdə “Volqa”nın əvəzedilməz kapitanı olan Ağayev azarkeşlərlə vidalaşarkən, xoş sözlərini çatdırıb: “Bunlar unudulmaz illər idi. Məyus olmayın və komandaya inanın. Onda hər şey alınmalıdır!”.
Qeyd edək ki, karyerasının böyük hissəsini Rusiyada keçirən Emin Mahaçqalanın “Anji” komandasının rəisi təyin olunub.
Qeyd edək ki, karyerasının böyük hissəsini Rusiyada keçirən Emin Mahaçqalanın “Anji” komandasının rəisi təyin olunub.
0
0