Bu dəfə heç-heçə
26.01.2011 - 20:51
Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün növbəti yoxlama oyununu keçirub. Apasport.az saytının məlumatına görə, Mirça Rednikin yetirmələri ardıcıl 3-cü dəfə Ukrayna təmsilçisi ilə görüşüblər.
İndiki rəqib “Krivbass” və “Zarya” ilə müqayisədə nisbətən zəif Zaporojyenin “Metallurq” klubu idi. Belə ki, “dəmirçilər” Premyer Liqanın 19 turundan sonra fasiləyə sonuncu pillədə yollanıblar.
Bu matç “Xəzər Lənkəran”ın Antalyada 5-ci qarşılaşması olub. “Atırau”ya (Qazaxıstan) 1:2, “Kasımpaşa”ya (Türkiyə) 1:4, “Zarya”ya (Ukrayna) 1:3 hesabı ilə uduzan “ağ-yaşıllar” “Krivbass”la (Ukrayna) 75-ci dəqiqədə dayandırılan görüşdə 1:0 qalib gəlib. Rednikin yetirmələri yenə 90 dəqiqədə qələbə qazana bilməyib. Bu, lənkəranlıların Antalya toplanışında ilk heş-heçəsidir.
19:00. “XƏZƏR-LƏNKƏRAN” (AZƏRBAYCAN) – “METALLURQ” (ZAPOROJYE, UKRAYNA) - 1:1
“Gloria Serenity” otelinin meydançası
“Xəzər Lənkəran”ın start heyəti
Munaretto, Françineski, Beçiri, Qurbanov, Skarlatake, Simao, Stanku, Kiyesku, Pits, Parks, Pitsurke
Oyun başlandı
37-ci dəqiqədə hesabı açılır. Rəqibin heyətində baxışda olan braziliyalı futbolçu avtoqola imza atmaqla, “ağ-yaşıllar”ı hesabda irəli çıxardı.
İkinci hissə başlandı
Ukraynalılar 85-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olur. Tunisli legioner Meqer Zitun standard vəziyyətdən qol vurur. İkinci hissədə “Xəzər Lənkəran”ın heyətində baxışda olan qapıçı - Marineskunun mövqe səhvi öz sözünü deyib. Oyunda daha hesab dəyişməyib - 1:1.
Zaporojye “Metallurq”u bu gün Antalyada digər komandamız - “Bakı” ilə də bərabərliyə qalmışdı - 0:0.

0
0