Ruslan “Krılya Sovetov”la oyunda het-trik etdi
26.01.2011 - 22:53
Ruslan “Krılya Sovetov”la oyunda het-trik etdi
Bu gün Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Türkiyədə qələbə qazanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun apasport.az saytına verdiyi məlumata görə, yığmamız Antalyada təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Krılya Sovetov” klubunun əvəzedici komandasına 3:1 hesabı ilə qalib gəlib. Komandamızdan hər 3 qolu Ruslan Nəsirli vurub.
Qeyd edək ki, Nəsirli Rusiyanın “Maşuk-KMV” klubunun futbolçusudur.