Arif Əsədov: Yoxlama oyunlarında nəticəyə önəm verməyəcəyik
26.01.2011 - 23:04
Arif Əsədov: Yoxlama oyunlarında nəticəyə önəm verməyəcəyik
"Arsenal"la görüş ikinci hazırlıq mərhələsinin ilk oyunu idi. Komandamız gərgin məşqlər edir, buna görə də fiziki yükləmələr hiss olunur. Matçın nəticəsindən razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib. “Neftçi”nin Antalyadakı hazırlığın 2-ci mərhələsində bu gün ilk yoxlama oyununu Kiyevin “Arsenal” klubuna keçirib. 2:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bildirən Əsədovun sözlərinə görə, ilk hissədə daha yaxşı oynadıblar: “İlk 45 dəqiqədə çoxlu qol vəziyyətləri yaratdıq və bunların ikisindən yararlandıq. Fasilədən sonra həyata keçirdiyimiz dəyişikliklər isə istər-istəməz oyunun gedişinə təsir göstərdi. Bu qarşılaşmada əsasən gənclərə şans verdik ki, onlar potensiallarını göstərə bilsinlər. Qarşıdakı yoxlama matçlarında da nəticəyə önəm verməyəcəyik. Həm gəncləri sınaqdan keçirəcəyik, həm də müxtəlif taktiki sxemlər üzərində işləyəcəyik".

Mənbə: neftchifc.com