Mənsimov “Metallurq” matçını canlı izlədi
27.01.2011 - 04:00
Mənsimov “Metallurq” matçını canlı izlədi
“Xəzər Lənkəran” rəhbərliyi komandanın toplanış keçdiyi məkana gəlib. Apasport.az saytının xəbərinə görə, dünən gecə saatlarda Antalyaya təşrif buyuran klub prezidenti Mais Mənsimovla vitse-prezident Tuyqun Nadirov komandanın toplanışı ilə yaxından maraqlanıblar.

Onlar “Xəzər Lənkəran” - “Metallurq” (Zaparoje) matçını da canlı izləyiblər. Oyunu sonacan ayaq üstə izləyən Mənsimovla Nadirov futbolçu və məşqçilər korpusu ilə də görüşüblər.