Milli komandamızın “Terek”lə yoldaşlıq görüşü baş tutmadı
27.01.2011 - 10:52
Milli komandamızın “Terek”lə yoldaşlıq görüşü baş tutmadı
Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının Rusiyanın “Terek” klubunun əvəzedici komandası ilə sabaha planlaşdırılan yoldaşlıq görüşü baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan yığmamız bu gün Macarıstanın ikinci yığmasına seleksiya məqsədilə dəvət olunmuş futbolçulardan ibarət komanda ilə yoxlama oyunu keçirəcək. Oyun Bakı vaxtilə saat 13:00-da başlayacaq. Bununla əlaqədar “Terek”lə görüş keçirilməyəcək.

Mənbə: affa.az