Azərbaycanlı məşqçi almanlara qol vuran legionerdən imtina etdi
27.01.2011 - 11:17
Azərbaycanlı məşqçi almanlara qol vuran legionerdən imtina etdi
Qazaxıstanın “Atırau” klubunun azərbaycanlı baş məşqçisi Ramiz Məmmədov daha bir afrikalı legionerdən imtina edib. Apasport.az saytının məlumatına görə, çalışdırıcımız artıq çəkisi olan qanalı Mozes Sakinin ardınca nigeriyalı Alfredi geri göndərib. O, oyun xüsusiyyətlərinə görə “Atırau”ya lazım olmayıb.

İndi Məmmədov digər legionerlər – 27 yaşlı İbe Zito Oqbonna, 25 yaşlı Conatas Rikardo Souza da Kosta və 22 yaşlı Nivaldo Rodriges Ferreyanı fevralın 8-dək davam edəcək Antalyadakı 2-ci hazırlıq mərhələsində yoxlayır.

Qeyd edək ki, Alfred Antalyadakı ilk hazırlıq mərhələsində Almaniyanın 3-cü Bundesliqa təmsilçisinə 2:0 hesabı ilə qalib gəldikləri yoxlama oyununda qol vurmuşdu.