Ukraynalılar “Neftçi” klubunun futbolçusunu bəyəndilər
27.01.2011 - 12:00
Ukraynalılar Bakının “Neftçi” klubunun qapıçısı Rauf Mehdiyevi bəyənib. Apasport.az saytının məlumatına görə, Kiyevin “Arsenal” klubu Premyer Liqamızın lideri olan “Neftçi”yə Türkiyənin Antalya şəhərində 1:2 hesabı ilə uduzduğu yoxlama matçında təcrübəli qapıçımızın oyunu qeyd olunub.
Ukraynalı həmkarlarımız görüşün şərhində bildirir ki, “Arsenal”ın baş məşqçisi Yuri Bakalov hələ görüşə qədər praktiki olaraq bütün futbolçuları iki eksperimental heyətdə meydana buraxmağı planlaşdırıb: “İlk hissədə məşqçilər korpusu müdafiədəki oyunu yoxladı. “Arsenal”ın müdafiəçiləri bir neçə lazımsız səhvə yol verdilər. Onların hərəkətlərində anlaşılmazlıq və oyunun debütündə avantürist oyun artıq 20-ci dəqiqədə bakılıların hesabda 2:0 irəlidə olması ilə nəticələndi. Bununla belə, qol vurmaq imkanları oldu. İki dəfə top qapı dirəyinə tuş gəldi, bir neçə zərbəni isə Azərbaycan komandasının qapıçısı möhtəşəm qaytardı”.
İkinci hissədə hücumu gücləndirən “Arsenal” yalnız sona yaxın hesab arasındakı fərqi azalda bilir. Bakalov əmindir ki, “Neftçi” ilə oyunda səhvlərin təhlili, toplanışda yükləmələrin plan üzrə artırılması komandasına lazımı formanı tez yığmağa imkan verəcək.
Qeyd edək ki, komandamızdan “Arsenal”a qolları yarımmüdafiəçi Rəşad Abdullayevlə özbək hücumçu Bahodir Nasimov penaltidən vurub. Ukraynalıların təriflədiyi Mehdiyev 65-ci dəqiqədə gənc həmkarı Elçin Sadıqovla əvəzlənib.

0
0