Azarkeş İker Kasilyasa butulka atdı
27.01.2011 - 13:08
Madridin “Real” klubunun və İspaniya yığmasının kapitanı İker Kasilyas xoşagəlməz olayla üzləşib. Apasport.az saytının məlumatına görə, “Sevilya” klubunun azarkeşi təcrübəli qapıçının üzərinə butulka atıb. Bu, İspaniya kuboku uğrunda “Sevilya” ilə “Real” arasında ilk yarımfinal oyununda olub.
“Real”ın məşqçisi Aytor Karanka meydan sahiblərinin bu hərəkətini pisləyib: “Onlar bu butulka ilə İkeri sıradan çıxartmaq istəyirdilər. Biz ona paltardəyişmə otağında baxdıq. Bu gün “Sevilya”nın bəzi azarkeşləri Serxio Ramosa qışqıran öz sektorlarına qarşı çıxaraq, onları fitə basırdılar”.
Qeyd edək ki, “Real” səfərdə “Sevilya”ya 1:0 hesabı ilə qalib gəlib.

0
0