Antalyadan Dubaya, yaxud millimiz yeni ildə ilk dəfə bir arada
27.01.2011 - 12:37
Bu gün Azərbaycan milli komandası 2011-ci ildə ilk dəfə bir araya gəlir. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun çalışdırdığı millimiz ilk təlim-məşq toplanışını ona tanış olan Birləşmiş Ərəb Əmirliklərində keçirəcək. Hələ 2009-cu ili noyabrında bu ölkəyə hazırlığa gələn yığmamız Əl-Ayndakı beynəlxalq turnirdə İraqa uduzmuş (0:1), Çexiyaya qalib gələrək (2:0), 2-ci olmuşdu. Bu dəfə Dubaya üz tutan Foqtsun komandası orada fevralın 10-dək davam edəcək təlim-məşq toplanışında 2 yoldaşlıq görüşü keçirəcək. Bunlar fevralın 2-də Avroliqanın 1/16 final mərhələsinə çıxan Ukraynanın “Metallist”, 9-da Macarıstan yığması ilə oyundur.
Millimizin yeni ilk birinci toplanışına Antalyadan futbolçu axını müşahidə olundu. Belə ki, çağırılan 27 futbolçudan 22-si oradan Bakıya gələrək, yığmamıza qoşuldular. Bu da onların oynadıqları “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Bakı”, “Qəbələ” və “Turan” klublarının Türkiyənin kurort şəhərində təlim-məşq toplanışında olması ilə bağlıdır. Qalan beş futbolçudan debütant Samir Zərgərovun oynadığı “Gəncə” klubu Gürcüstanda təlim-məşq toplanışında olduğundan, oradan gəlib. “İnter”in milliləşdirilən ukraynalı futbolçuları – Vladimir Levinlə Aleksandr Çertoqanov Rusiyada “Birlik kuboku”nun qalibi olduqdan sonra verilən istirahətdən istifadə edərək, vətənlərinə yollandılar. Nəticədə onlar yığmaya çağırıldıqlarından, “İnter”in Antalyadakı 2-ci hazırlıq prosesində iştirak etməyəcəklər.
Əslində ölkədən kənarda oynayan 2 futbolçumuz da Dubaya Türkiyədən gələcəklər. Məlum olduğu kimi, millimizin kapitanı Rəşad Sadıqov ötən yaydan “Əskişəhərspor” klubunda oynayır. Mahir Şükürovun isə çıxış etdiyi Rusiyanın “Anji” klubu isə yeni mövsümün hazırlığın böyük hissəsini Türkiyədə keçirəcək. Ancaq Rəşadla Mahir yalnız Dubay toplanışının sonuna qatıla biləcəklər. Çünki FİFA-nın qaydalarına görə, klublar təqvimdə göstərilən yoldaşlıq görüşlərinə 2 sutka qalmış futbolçularını yığmalara buraxmaq hüququna malikdirlər.
Foqtsun dekabrda siyahını açıqlayandan sonra 2 futbolçunun klubu dəyişdi. Maraqlıdır ki, onların hər ikisi debütantdırlar. Belə ki, yarımmüdafiəçi Elnur Abdullayev kapitanı olduğu “Muğan”dan “Xəzər Lənkəran”a keçdi. Hücumçu Murad Hüseynov isə Serbiyanın I divizion təmsilçisi “Mladost”dan gedəndən sonra Foqtsun vasitəçiliyi ilə Almaniyanın “Fortuna” klubuna baxışa yolandı. Ancaq ora keçidi reallaşmayan Murad “Qəbələ”də baxışdan uğurla keçəndən sonra 2,5 illik müqavilə imzaladı.
Azərbaycan yığmasının Dubaydakı təlim-məşq toplanışına yollanan heyəti
Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Aqil Məmmədov (“Bakı”), Andrey Popoviç (“Abşeron”)
Müdafiəçilər: Rəşad Sadıqov (“Əskişəhərspor”, Türkiyə), Saşa Yunisoğlu (“Qəbələ”), Vladimir Levin (“İnter”), Vurğun Hüseynov (“Turan”), Rail Məlikov, Ruslan Abışov (hər ikisi “Neftçi”), Maksim Medvedev (“Qarabağ”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”)
Yarımmüdafiəçilər: Samir Abasov, Elvin Məmmədov (hər ikisi “Qarabağ”), Əziz Quliyev, Fabio Luis Ramim (hər ikisi “Bakı”), Samir Zərgərov (“Gəncə”), Amit Quluzadə, Cavid Hüseynov (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev, Elnur Abdullayev (hər ikisi “Xəzər Lənkəran”), Aleksandr Çertoqanov (“İnter”), Arif İsayev (“Qəbələ”), Mahir Şükürov (“Anji”, Rusiya)
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi “Qarabağ”), Vaqif Cavadov (“Bakı”), Murad Hüseynov (“Qəbələ”)
Mehman SÜLEYMANOV

0
0