“Moldovalılar Azərbaycan çempionatının səviyyəsindən bir baş üstün oynayırlar”
27.01.2011 - 13:25
Moldovanın “Daçiya” klubunun sahibi Adlan Şişxanov Azərbaycanda oynayan həmyerliləri haqda yüksək fikirdədir. Apasport.az saytının məlumatına görə, klub prezidenti milli çempionatımızın iştirakçıları olan moldovalı futbolçuları bizimkilərdən güclü sayır: “Biz yalnız kiçik nailiyyət qazanmışıq. Bu da Qazaxıstan və Azərbaycan üçün yaxşı bazarı yaratmağımızdır. Moldovalı futbolçuların əsas hissəsi ora can atır. Hərçənd onlar bu çempionatların səviyyəsindən bir baş üstün oynayırlar”.
Qeyd edək ki, hazırda Premyer Liqamızda oynayan ən tanınmış moldovalı futbolçular “Bakı” klubunun yığma üzvləri Vadim Boretslə Aleksey Savinovdur.
Qeyd edək ki, hazırda Premyer Liqamızda oynayan ən tanınmış moldovalı futbolçular “Bakı” klubunun yığma üzvləri Vadim Boretslə Aleksey Savinovdur.
0
0