41 yaşlı Edvin van der Sarın karyerasını bitirəcəyi vaxt açıqlandı
27.01.2011 - 15:20
41 yaşlı Edvin van der Sarın karyerasını bitirəcəyi vaxt açıqlandı
“Mançester Yunayted” klubunun əfsanəvi qapıçısı Edvin van der Sar karyerasını bitirir. Apasport.az saytının məlumatına görə, 41 yaşlı futbolçunun adı çəkilməyən meneceri bununla əlaqədar açıqlama verib. Onun sözlərinə görə, hollandiyalı cari mövsümün sonunda yaşıl meydanda çıxışını bitirəcək.

Qeyd edək ki, “Mançester Yunayted”ə qədər İngiltərədə “Fulhem”, İtaliyada “Yuventus”, vətənində “Ayaks” klubunda oynayan Edvin sonuncularla 1995-ci, indiki klubu ilə 2008-ci ildə Çempionlar Liqasının qalibi olub. O, 1995 və 2009-cu illərdə Avropanın yaxşı qapıçısı seçilib.