Mirça Rednik: “Xəzər Lənkəran” çempion olsa...
27.01.2011 - 14:31
Mirça Rednik: “Xəzər Lənkəran” çempion olsa...
“Xəzər Lənkəran” klubunun rumıniyalı baş məşqçisi Mirça Rednikin müsahibəsi

- Siz “Xəzər Lənkəran”ı hansı vaxtda qəbul etdiniz?
- İndiki komanda mən 5 ay əvvəl götürdüyümdən 80 faiz fərqlənir. Əvvəla, həmin vaxt futbolçuları tanımırdım. Onların yarısı digər klublara göndərildi. 10 gün sonra futbolçuları iş üslubuma uyğunlaşdırmalı idi. Mən bunu edə bildim.

- Siz Azərbaycanda harada qərarlaşmısınız?
- İşim asan deyil. Çünki transferləri paytaxt Bakıda etməliyəm. Komanda isə Lənkəranda məskunlaşıb. Yollar da ağırdır. Onların yolları bizimkinə oxşayır.

- Azərbaycan futbolunun Rumıniyadan uzaq olduğu deyilir. Bu, düzdür?
- Mənim komandamda peşəkarlıq, maliyyə, şərait baxımdan vəziyyət Rumıniyanın çox klublarından üstündür. Azərbaycanda futbola böyük pullar qoyulub və bunu etməkdə davam edirlər. Buradakı insanlar inkişaf üçün hər qurbana getməyə hazırdırlar. Əgər çempionatı udsaq, Çempionlar Liqasının komandanın qurmaq üçün büdcə məhdudiyyətsiz olacaq. Həqiqətən futbol tariximizdə yaxşı ildir. Onlar son ildə əhəmiyyətli pullar qoymağa başlayıblar. Ancaq tezliklə bizə çatacaqlar.

- Lənkəran klubunda pulla bağlı probleminiz olub?
- Heç vaxt. Məvacibləri, mükafatları vaxtında alırıq. Futbolçu qalib gələndə ölkədəkindən ən azı 5 dəfə çox qazanır.

- “Xəzər Lənkəran”da 8 rumıniyalı futbolçu var. Çox deyil?
- Komandamızda legioner çoxdur. Həqiqətən ən çoxu rumınlardır. Ancaq elə futbolçuları gətirməyi üstünlük verirəm ki, onlar əvvəl birgə işləmişəm, bacarıqlarını dəqiq bilirəm.

- Daha hansı futbolçuları sərəncamınızda görmək istərdiniz?
- Marius Nikulae, Andrey Kristya, N’Doye – bu kimi nümunələr göstərmək olar. Biz onlara maddi təkliflərimizi etdik, ancaq fikirlərini dəyişdilər. Mən hesab etmirəm ki, onlar fikirlərində qəti idilər.

- N’Doye kimi ərköyün futbolçu ilə işləməkdən qorxmursunuz?
- O, nə itirdiyini bilmir. Burada yüksək məvacib ala bilərdi. Bakı gözəl qızların olduğu gözəl şəhərdir. Görünür, o, Buxarestin gecə həyatını sevir.

- Pitsurka komandanıza necə gəldi?
- Onu agent Ana Mariya təklif etdi. Yaxşı futbolçudur, istedadlıdır. Gələcəyinə böyük ümidlər bəslənilir. Öz imkanlarını daha yaxşı göstərə bilər.

- Lənkərandakı atmosfer necədir?
- Biz hər oyunda dolu tribunalar qarşısında oynayırıq. Bu, fantastik atmosferdir. Bütün şəhər oyunlarıma böyük maraq göstərir. Futbolçular üçün dolu stadion qarşısında oynamaq əladır. Çox yaxşı rəhbərliyimiz var. Baş menecer Səməd Mustafayev futbolçuların və yeni məşqçi heyətinin yaxşı dostu sayılır.