Milli komandamız Macarıstan yığmasına qalib gəldi
27.01.2011 - 15:33
Milli komandamız Macarıstan yığmasına qalib gəldi
Bu gün Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası (U-21) Türkiyədə yoldaşlıq görüşü keçirib. Apasport.az saytının məlumatına görə, Antalyada Macarıstanın B millisinə seleksiya məqsədilə dəvət olunmuş futbolçulardan təşkil edilən komanda ilə görüşən yığmamız 2:0 hesabı ilə qalib gəlib. Komandamızda qolları müdafiəçilər - Emin Cəfərquliyevlə Şəhriyar Xəlilov vurub.

Qeyd edək ki, Azərbaycanla Macarıstanın əsas yığmaları fevralın 9-da Dubayda yoldaşlıq görüşü keçirəcək.