Joze Mourinyo: Mən İngiltərəyə qayıtmağı qərara aldım
27.01.2011 - 17:21
Joze Mourinyo: Mən İngiltərəyə qayıtmağı qərara aldım
Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo İngiltərəyə qayıtmağı qərara alıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis yenidən bu ölkədə işləmək istədiyini təsdiqləyib.

Mourinyo cari mövsüm bitəndən sonra “Real”dan getməkdə israrlıdır. O, bunu klub rəhbərliyinin son aylarda çıxardığı qərarlardan narazı olması ilə əsaslandırıb. Mourinyonun konkret olaraq son vaxtlar baş direktor Xorxe Valdano ilə münaqişədə olması deyilir: “Mən İngiltərəyə qayıtmağı qərara aldım. Gələcəyim haqda konkret heç nə deyə bilmərəm. Sadəcə, işimdən zövq almaq istəyirəm. Gələcək klubumun “Mançester Yunayted, “Mançester Siti”, yaxud “Çelsi” olacağını indidən deyə bilmərəm. Mən iddia etmirəm ki, İngiltərə çempionatı dünyada ən baxımlıdır. Ancaq o, daha yaxşı təşkilatlanıb. Orada əsl “Fair Play” ab-havası və rəqibə inanılmaz hökm sürür”.

Qeyd edək ki, Mourinyo 2004-07-ci illərdə çalışdırdığı “Çelsi” ilə dalbadal 2 dəfə ölkə çempionu olmaqla, komandanın uzun müddətlik həsrətinə son qoydu.