“Bakı” heyətinə 2 futbolçu cəlb etdi
27.01.2011 - 16:44
“Bakı” klubu heyətinə 2 futbolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, latviyalı yeni baş məşqçi Aleksandr Starkovun istəyi ilə gənc futbolçular Nurlan Novruzov və Nicat Abdullayev bu gün komandanın düşərgəsinə qatıldılar. “Bakı”nın Türkiyənin Antalya şəhərində məskunlaşdığı "Su sesi" otelinə səhər çatan futbolçuların axşam məşqində iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, “Bakı”nın əvəzedici komandasında çıxış edən Nurlan və Nicatın hər ikisi hücumçudur. Abdullayev 1992-ci, Novruzov 1993-cü il təvəllüdlüdür.
Mənbə: fcbaku.com
Qeyd edək ki, “Bakı”nın əvəzedici komandasında çıxış edən Nurlan və Nicatın hər ikisi hücumçudur. Abdullayev 1992-ci, Novruzov 1993-cü il təvəllüdlüdür.
Mənbə: fcbaku.com
0
0