Flavinyo: “Xəzər Lənkəran”a qalib gəlmək şansımız böyükdür
27.01.2011 - 17:02
"Özümü yaxşı hiss edirəm. Düzdür, “Arsenal”la dünən keçirilən yoxlama matçında az oynadım. Buna baxmayaraq, mənim üçün yaxşı oldu. Növbəti qarşılaşmalarda daha çox oynamağa hazıram". Apasport.az saytının məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Flavinyo klubunun rəsmi saytına açıqlamasında deyib. Premyer Liqamızın 2-ci dövrəsində Salyanın "Muğan" klubu ilə səfər oyununda ayağı sınan braziliyalı yarımmüdafiəçi 2 aydan çoxdur oynamır.
Uzun fasilədən sonra dünən Antalyada Kiyevin "Arsenal" klubuna 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyununda sonradan meydana çıxan Flavinyo hələlik fiziki cəhətdən çətinlik çəkdiyini bildirib: "İki aya yaxın məşq edə bilmədiyimdən, əzələlərim boşalmışdı. Artıq 20 gündür məşqlərə başlamışam. Günü-gündən fiziki cəhətdən irəliləyiş hiss edirəm".
Braziliyalı futbolçunun sözlərinə görə, fevralın 13-də Premyer Liqanın XX turu çərçivəsində "Xəzər Lənkəran"la ev oyununa qədər formaya düşəcək: "Xəzər Lənkəran"la matça tam hazır olacağam. Bu görüş bizim üçün çox əhəmiyyətlidir. Demək olar, bütün ölkədə bu oyun barəsində danışırlar. Mənə elə gəlir ki, Bakıda qələbə qazanmaq şansımız böyükdür. İlk matçda da qalib gələ bilərdik. Rəqibin cəmi bir şansı oldu, onu da qola çevirdi. Amma bu dəfə onlar üçün tam fərqli olacaq".

0
0