“Qarabağ”ın 9 futbolçusu hazırlıqdan kənarda qalıb
27.01.2011 - 17:49
“Qarabağ”ın 9 futbolçusu hazırlıqdan kənarda qalıb
Ağdamın “Qarabağ” klubu Türkiyədəki təlim-məşq toplanışı davam etdirir. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, toplanışın 19-cu günü tək məşqlə keçdi. Dünən Ukraynanın “İlyiçevets”lə yoxlama oyununa çıxan ağdamlılar bu gün yerli vaxtla saat 10:30-da məşqə çıxıb. 1 saat 40 dəqiqə davam edən hazırlıq toplu çalışmalar və milli komandalara gedən 9 futbolçusuz baş tutdu. Düşərgədə olan bütün futbolçular məşqə çıxıblar. Sevindirici məqam zədəli və xəstə futbolçuların olmamağıdır.

Qeyd edək ki, “Qarabağ” növbəti yoxlama oyununu yanvarın 30-da Rumıniya təmsilçisi “Qaz Metan Medias”la keçirəcək.