Əliyev “İnter” klubunu təbrik etdi
27.01.2011 - 19:00
Əliyev “İnter” klubunu təbrik etdi
“Gəncə” klubunun prezidenti Elmir Əliyev Bakı “İnter”ində olan həmkarı Georgi Nikolova məktub ünvanlayıb. Apasport.az saytının məlumatına görə, Əliyev son çempionumuzu Rusiyada keçirilən “Birlik kuboku” turnirinin qalibi olması münasibəti təbrik edib: "Sizi başçılıq etdiyiniz “İnter” klubunun Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Birlik kuboku” oyunlarında qalib gələrək kubok qazanması münasibəti ilə ürəkdən təbrik edir, komandanıza bundan sonra da müvəffəqiyyətlər arzu edirəm! Azərbaycan futbolunun inkişafı, “İnter”in yüksək mükafatı qazanması bütün azərbaycanlılar kimi biz də sevindirir. Komandanıza yeni-yeni zirvələr fəth etməyi arzulayıram”.

Qeyd edək ki, indiyə kimi bır sıra klublarımız “İnter”i “Birlik kuboku”nun qalibi olması münasibətilə təbrik edib.

Mənbə: inter.az