“Neftçi” – “Şturm” oyununun vaxtı müəyyənləşib
27.01.2011 - 18:39
“Neftçi” – “Şturm” oyununun vaxtı müəyyənləşib
Bakının “Neftçi” Türkiyənin Antalya şəhərindəki 2-ci təlim-məşq toplanışında növbəti yoxlama oyununu yanvarın 29-da keçirəcək. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun yetirmələri Avstriyanın tanınmış klublarından “Şturm” klubu ilə görüşəcək. Bələk qəsəbəsindəki stadionunda görüş Bakı vaxtilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” Antalyada 2-ci hazırlıq prosesində ilk yoxlama oyununda Ukraynanın “Arsenal” klubuna 2:1 hesabı ilə qalib gəlib.