Dalton Munaretto: Müqavilə bağlasam, çox sevinərəm
28.01.2011 - 00:00
“Məşqlər çox yaxşı keçir. Gözəl bir komandaya gəldiyimə sevinirəm. Hamı məni mehribanlıqla qarşıladı. Şərait də yüksək səviyyədədir. Bu onu göstərir ki, komanda çempion olmaq üçün çalışır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunda baxışda olan qapıçı Dalton Munaretto deyib.
Antalyada hazırlıq keçən “ağ-yaşıllar”ın heyətində özünü yaxşı tərəfdən göstərməyi bacaran 24 yaşlı braziliyalı müqavilə bağlayacağı günü gözləyir: “Bura gələndən sonra öyrəndim ki, “Xəzər Lənkəran”ın qarşıda çox çətin oyunları var. Hələ mənimlə müqavilə bağlanmayıb. Bu, baş verərsə çox sevinəcəyəm. 24 yaşında legioner həyatı yaşamaq çox gözəl olar. Dərhal valideynlərimi arayıb bu xoş xəbəri verməyi səbirsizliklə gözləyirəm. Vətənimdə A seriyasında müntəzəm əsas qapıçı olmasam da, bir neçə oyunda Braziliyanın tanınmış və lider klublarına qarşı oyunda şərəfini qoruduğum “Fiqeyrense”nin qapısını qorumuşam”.
Munarettonu cənub təmsilçisində çətin rəqabət gözləyir. Belə ki, braziliyalı yeni komandasında millimizin qapıçısı Kamran Ağayevlə mübarizə aparmalıdır: “Əsas qapıçının millinizin də bir nömrəsi olmasını mənə Dieqo Qusmao söylədi. Deməli, güclü qapıçıdır. Mən başımı aşağı salıb məşqçinin tapşırıqlarını həyata keçirəcəyəm. Kimin qapıda duracağına da son anda onlar qərar verir”.

0
0