AZAL ilk qələbəsini qazandı
28.01.2011 - 09:39
Bakının AZAL klubu Türkiyənin Antalya şəhərində sayca 3-cü yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Nazim Süleymanovun yetirmələrinin bu dəfəki rəqibi Ukraynanın güclülər dəstəsinin təmsilçisi "Volın" olub.
Matçda hesabı bakılıların heyətində baxışda olan bolqarıstanlı forvard Enjo Krastovçev açıb. Ukraynalılar fasilədən sonra bu topun əvəzini çıxa bilsə də, rəqib məğlubiyyətdən yaxa qurtara bilməyib. 69-cu dəqiqədə "Volın" ikinci dəfə hesabda geri düşüb. Bu dəfə də baxışda olan litvalı Ritus Krjaklis fərqlənib.
Hələ də AZAL-ın düşərgəsində olan yeni oyunçular haqda son qərar verilməyib. Onların növbəti oyunda da sınaqdan keçirilməsi gözlənilir. Yeri gəlmişkən, paytaxt təmsilçisinin növbəti oyunu yanvarın 29-da baş tutacaq. Həmin gün “təyyarəçilər” Almaniyanın 3-cü divizion təmsilçisi olan "Berlin Ankaraspor" klubunun qonağı olacaq.
Qeyd edək ki, bu AZAL-ın Türkiyədəki ilk qələbəsi olub. Bunadək bakılılar “Zarya”ya (Ukrayna) 0:2 hesabı ilə uduzub, “Vostok”la (Qazaxıstan) heç-heçə etmişdilər - 1:1.

0
0