“Qəbələ” koreyalılardan qisas aldı
28.01.2011 - 09:52
“Qəbələ” klubu bu il ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Toni Adamsın çalışdırdığı komanda Cənubi Koreyanın yüksək liqasında çıxış edən “Qyeonqnam” klubuna 2:0 hesabı ilə qalib gəlib. “Qəbələ”dən qolları əcnəbi hücumçular – yamaykalı Deon Bartonla hollandiyalı İvan Reda vurub. Bununla da komandamız cənubi koreyalılardan qisasını aldı. Belə ki, “Qəbələ” Antalyada ilk yoxlama oyununda bu ölkənin aşağı divizion təmsilçisi “Yonsey”ə 1:3 hesabı ilə uduzmuşdu.
Adamsın yetirmələri Türkiyədə yanvarın 31-dək hazırlıq prosesinin son günündə daha bir yoxlama oyunu keçirəcək. Rəqibin Xorvatiyanın “Lokomotiv” klubu olacağı gözlənilir.
Adamsın yetirmələri Türkiyədə yanvarın 31-dək hazırlıq prosesinin son günündə daha bir yoxlama oyunu keçirəcək. Rəqibin Xorvatiyanın “Lokomotiv” klubu olacağı gözlənilir.
0
0