Toni Adams Banqura ilə müqavilə bağlanmasına razılıq verdi
28.01.2011 - 10:06
“Qəbələ” klubu baxışdan keçirdiyi hollandiyalı futbolçu İvan Redanı geri qaytarıb. Apasport.az saytının məlumatına görə, komandanın ingilis baş məşqçisi Toni Adams hücumçunu bəyənməyib. Hətta Redanın Cənubi Koreyanın “Qyeonqnam” klubuna qalib gəldikləri (2:0) oyunda qol vurması da fayda verməyib.
Əvəzində Syerra-Leone olan Əlhassan Banqura Adamsın ümidlərini doğruldub. Türkiyənin Bank Asiya I divizion təmsilçisi “Mersin İdman Yurdu” klubundan gələn afrikalı dayaq yarımmüdafiəçisi ilə müqavilə bağlanacaq.

0
0