Yığmamızın seçmə mərhələdəki rəqibləri fevralın 3-də bilinəcək
28.01.2011 - 10:30
Yığmamızın seçmə mərhələdəki rəqibləri fevralın 3-də bilinəcək
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü fevralın 3-də atılacaq. Apasport.az saytının məlumatına görə, final mərhələsi İsraildə keçiriləcək Avro-2013-seçmə mərhələsinin püşkü İsveçrənin Nyon şəhərində atılacaq.

Artıq püşkatma zamanı komandaların hansı səbətlərdə yer alacağı da müəyyənləşib. 2007-ci ildən indiyə qədərki nəticələri nəzərə alan UEFA iştirakçıları 5 səbətə bölüb. Azərbaycan milli komandası 5-ci, ən zəiflərin yer aldığı səbətdə qərarlaşıb. Bu da yığmamızın uzun illər qələbəyə həsrət qalması, uğursuz nəticələri ilə bağlıdır.


I: Rusiya, İngiltərə, İspaniya, Hollandiya, İtaliya, İsveç, Çexiya, Serbiya, Almaniya, Rumıniya.

II: İsveçrə, Uels, Belarus, Fransa, Ukrayna, Türkiyə, Avstriya, Portuqaliya, Danimarka, Belçika.

III: Xorvatiya, Macarıstan, Şotlandiya, Yunanıstan, İslandiya, Slovakiya, Moldova, Finlandiya, Ermənistan, Şimali İrlandiya.

IV: Polşa, Çernoqoriya, Gürcüstan, Latviya, Norveç, Sloveniya, İrlandiya, Bolqarıstan, Bosniya və Herseqovina, Makedoniya.

V: Albaniya, Farer adaları, Kipr, Litva, Qazaxıstan, Estoniya, Azərbaycan, Andorra, San-Marino, Lüksemburq, Malta, Lixtenşteyn.

Qeyd edək ki, komandalar seçmə mərhələdə 10 qrupa bölünəcək. 2 qrupda 6, digərlərində 5 komanda yarışacaq.