“Xəzər Lənkəran”ın tarixinə düşən futbolçu “Bakı”da
28.01.2011 - 10:59
“Xəzər Lənkəran”ın tarixinə düşən futbolçu “Bakı”da
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Bakı" klubu daha 1 futbolçun baxışa çağırıb. Apasport.az saytının məlumatına görə, Aleksandr Starkov Azərbaycan futboluna çox tanış olan legioneri sınaqdan keçirir. Bu, “Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Radomir Todorovdur. Bolqarıstanlı müdafiəçi bir neçə gün ərzində komandanın məşqlərində iştirak edəcək.

Qeyd edək ki, 2007-ci ilin yayından Lənkəran təmsilçisinə transfer olunan Radomir ötən ay klubdan kənarlaşdırılıb. O, “Xəzər Lənkəran”ın tarixinə ən çox oyun keçirən (125) legioner kimi düşüb.